Litvanın Baş naziri İnqa Ruqiniene bazar ertəsi ölkəsinin Belarusla sərhəddən keçən qaçaqmalçılıq yüklü şarları vurmağa başlayacağını və bu şarların Baltikyanı ölkənin hava məkanını dəfələrlə pozduğunu bildirib.
“İki sahil” xəbər verir ki, NATO üzvü olan Litva ötən həftə şarların hava məkanına daxil olmasından sonra Vilnüs hava limanını dörd dəfə bağlayıb. Hadisələrə cavab olaraq Belarusla sərhəd keçidlərində müvəqqəti qadağa tətbiq olunub.
Ruqiniene hadisələri “hibrid hücumlar” adlandırıb və qonşu ölkəni tərk edən diplomatlar və Aİ vətəndaşları istisna olmaqla, Belarusa sərhəd keçidlərinin bağlanacağını bildirib.
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur
Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub
Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər