29 oktyabr 2025 14:45
129

ABŞ Rusiya və Ukrayna ilə konstruktiv münasibətlər saxlamağa çalışır - Vens

ABŞ vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, ABŞ həm Rusiya, həm də Ukrayna ilə konstruktiv münasibətlər saxlamağa çalışır.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

"Biz həm ukraynalılarla, həm də ruslarla məhsuldar münasibətlər saxlamağa çalışırıq, çünki bu münaqişəyə son qoymaq istəyirik" - deyə, o, qeyd edib.

O, özünün və ABŞ prezidenti Donald Trampın hər iki tərəflə "çox yaxşı işgüzar münasibətləri" olduğunu vurğulayıb.