30 oktyabr 2025 08:44
114

"Nvidia" dünyanın ən dəyərli şirkəti olub

ABŞ-nin çip istehsalçısı "Nvidia" bazar kapitallaşmasını beş trilyon dollara çatdıraraq dünyanın ən dəyərli səhmdar şirkəti statusunu qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Nvidia"nın səhmləri ABŞ Prezidenti Donald Trampın Çin lideri Si Cinpinlə şirkətin çiplərinin Çinə ixracını müzakirə etmək niyyətini açıqlamasından sonra 3,5% bahalaşaraq səhm başına 208,05 dollar olub.

Agentlik əlavə edir ki, 2025-ci ildə "Nvidia"nın səhmləri 50%-dən çox qiymət artımı göstərib və bu, "S&P 500" indeksinin ümumi artımının təxminən beşdə birini təmin edib.