30 oktyabr 2025 09:09
115

ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib

ABŞ Senatı Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri bloklamaq məqsədi daşıyan ikipartiyalı qətnaməni dəstəkləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "NBC News" kanalı məlumat yayıb.

Məlumata görə, 50 senator qətnamənin "lehinə", 46 senator "əleyhinə" səs verib.

Senat dünən də Braziliya üçün tariflərlə bağlı oxşar qətnamə qəbul edib.

Senatdakı Demokratların sabah qlobal tarifləri aradan qaldırmaq və Konqresin ticarət üzərində səlahiyyətlərini bərpa etmək üçün tarif qətnaməsi ilə bağlı növbəti səsvermə keçirəcəyi gözlənilir.