HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" yaxın saatlarda iki əsirin meyitini İsrailə təhvil verəcəyini bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Al-Arabiya" qruplaşmanın bəyanatına istinadən bildirib.
Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq.
İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.
Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.
Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik