 
                    ABŞ-nin vaxtaşırı nüvə sınaqları keçirməsinə ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlərə bildirib.
"Bizim böyük bir arsenalımız var. Aydındır ki, rusiyalılar da böyük bir nüvə arsenalına sahibdirlər. Çinlilərdə də var. Bəzən onun işlədiyinə, daha doğrusu, düzgün işlədiyinə əmin olmaq üçün onu sınaqdan keçirmək lazımdır", - deyə Vens vurğulayıb.
Lakin ABŞ-nin vitse-prezidenti ölkəsinin sınaqlar zamanı nüvə partlayışlarını bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirməyib.
Bundan əvvəl Donald Tramp "Truth Social" hesabında Müharibə Nazirliyinə nüvə silahı sınaqlarına başlamaq üçün göstəriş verdiyini açıqlamışdı. Onun sözlərinə görə, ABŞ digər nüvə gücləri ilə bərabər hərəkət edəcək.