 
                    Rio-de-Janeyroda (Braziliya - red.) polis reydində həlak olanların qohumları tez bir zamanda cəsədlərin verilməsini tələb edərək etiraz aksiyası keçiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.
"Geniş miqyaslı əməliyyat zamanı həlak olanların qohumları cümə axşamı Məhkəmə Tibbi Ekspertiza İnstitutunun binası qarşısında etiraz aksiyası keçirib və hətta küçəni bağlayıblar", - məlumatda bildirilib.
Portalın məlumatına görə, onlar yaxınları üçün ədalət və cəsədlərin tez bir zamanda verilməsini tələb ediblər. Nəşr qeyd edib ki, aksiyada təxminən 30 nəfər iştirak edib.
"Hərbi polis əməkdaşları etirazçıları dağıtmaq üçün bibər qazından istifadə ediblər", - portal yazıb.
Xatırladaq ki, çərşənbə axşamı Rio-de-Janeyro polisi şəhərin şimalında təxminən 2,5 min polisin iştirakı ilə Braziliyanın "Qırmızı komanda" bandası əleyhinə genişmiqyaslı əməliyyat keçirib. Hakimiyyətin məlumatına görə, əməliyyat zamanı 119 nəfər həlak olub.
 Zelenski Rusiyanın 300-dən artıq tankerinə sanksiya tətbiq edilməsini irəli sürüb
                                
                                    
                                    
                                
                                
                                
                                    Zelenski Rusiyanın 300-dən artıq tankerinə sanksiya tətbiq edilməsini irəli sürüb