31 oktyabr 2025 16:48
149

Türkiyədə baş verən hotel yanğını ilə bağlı məhkəmə hökmü elan olunub

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal Otel”də bu il yanvarın 21-də baş verən yanğınla bağlı məhkəmə prosesi yekunlaşıb. 78 nəfərin həyatını itirdiyi, 137 nəfərin yaralandığı yanğınla bağlı aralarında hotelin sahibi və bələdiyyə vəzifəlilərinin də olduğu 32 təqsirləndirilən şəxs barəsində hökm oxunub.

“İki sahil” xəbər verir ki, Bolu 1-ci Ağır Cinayətlər Məhkəməsi hotelin sahibi Halit Ergül də daxil olmaqla 11 təqsirləndirilən şəxsə 34 uşağın ölümü ilə bağlı ağırlaşdırılmış ömürlük həbs cəzası verib. Təqsirləndirilənlər hadisə zamanı həyatını itirən digər 44 nəfərə görə əlavə olaraq 24 il 11 ay həbs cəzasına məhkum ediliblər.

Cəzalarda heç bir güzəşt tətbiq olunmayıb.