Litva Dəmir Yolları Rusiyanın neft şirkətləri LUKOIL və Rosneft-dən Kalininqrad bölgəsinə yük daşınmasını dayandıracaq.
“İki sahil” xəbər verir ki, LRT bu barədə şirkətin açıqlamasına istinadla məlumat yayıb.
Qeyd olunub ki, bu qərar ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalarına uyğun olaraq verilib.
Şirkət Vaşinqton və London tərəfindən tətbiq edilən və LUKOIL və Rosneft neftinin satışını və daşınmasını məhdudlaşdıran sanksiya rejiminə tam əməl edəcəyini bildirib.
Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur