01 noyabr 2025 12:12
116

Samiya Suluhu Həssən yenidən Tanzaniyanın prezidenti seçilib

Samiya Suluhu Həssən Tanzaniyada keçirilən seçkilərdə səslərin təxminən 98 %-ni toplayaraq qalib gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin seçki komissiyasına istinadən məlumat yayıb.

S.Həssən 2021-ci ildən ölkənin prezidenti vəzifəsini tutur.

Agentliyin məlumatına görə, səsvermə ölkə boyu kütləvi etirazlar və iğtişaşlarla müşayiət olunub.

Agentlik əhalinin narazılığının səbəbi kimi prezidentin iki əsas rəqibinin seçkilərə buraxılmamasını, həmçinin müxalifətə qarşı təzyiqləri göstərir.