Sudan hökuməti ölkənin hazırda müharibə gedən ərazilərinin bərpası üçün gələcəkdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi təcrübədən istifadə edəcək.
“İki sahil” xəbər verir ki, bunu Sudanın Azərbaycandakı səfiri Ənəs Eltayeb Elqaylani Mustafa "Sudanda baş verən son hadisələr (Əl-Faşir soyqırımı)" haqqında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Sudanda müharibə başa çatdıqdan sonra Əl-Faşir və digər dağılan şəhərlərin bərpası mümkün olacaq: "Ötən il Qarabağda görülən işlərlə tanış olduq və Xocalını da ziyarət etdik. Azad edilmiş ərazilərdə quruculuq işləri görülür. Həmin bərpa proqramı bizim üçün də önəmlidir".
G7 Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları fonunda Kiyevə dəstək vəd edir
Fransada sənaye müəssisələrinin bağlanması son 15 ilin ən yüksək səviyyəsinə çatıb