Bu gün çox təəssüf ki, Avropa Parlamenti Avropa İttifaqının digər İnstitutları kimi Avronest platformasını da şantaj və təzyiq vasitəsinə çevirib.
“İki sahil” xəbər verir ki, bu fikirlər Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Avronest Parlament Assambleyasının qətnamələrinə cavab bəyanatında əksini tapıb.
Bəyanatda qeyd olunur ki, bəzi avroparlamentar deputatlar qətnamələrin mətnlərinə Gürcüstan cəmiyyəti üçün tamamilə qəbuledilməz və qıcıq doğuran qeydlər əlavə ediblər.
Ş.Papuaşvilinin sözlərinə görə, Avropa Parlamentində bu qüvvələrin düşmənçilik və dar düşüncəli yanaşmasını nəzərə alaraq, Gürcüstanın Daimi Parlament Nümayəndəliyi Avronestin gələcək sessiyalarında iştirak etməyəcək.
"Gürcüstan Şərq Tərəfdaşlığı təşəbbüsünə həmişə konstruktiv, səmərəli və əhəmiyyətli töhfə verib. Avropa Parlamenti konstruktiv dialoq üçün müvafiq şərait yaradarsa, Gürcüstan parlament nümayəndə heyəti yuxarıda qeyd olunan "Şərq Tərəfdaşlığı"nın parlament platformasına yenidən qoşulmağa hazır olacaq" - deyə, Papuaşvili bildirib.
Estoniya XİN başçısı: Türkiyə regionda sabitliyin yaranmasında çox əhəmiyyətli rol oynayır
İraqda internet oyunu vasitəsilə 30 nəfərin ölümünə səbəb olan gənc həbs edilib