G7 ölkələrinin energetika nazirləri Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini pisləyib, Kiyevə bu istiqamətdə lazımi dəstək göstərəcəklərini vəd ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə G7-nin Kanada sədrliyinin rəsmi saytında yayımlanan bəyanatda deyilir.
Qeyd olunur ki, nazirlər həmçinin Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına dəstəklərini təsdiqləyiblər.
Bəyanatda Rusiyanın Ukraynanın enerji sisteminə birbaşa hücumları pislənir, bunların əhali, xüsusilə də ən həssas təbəqələr üçün ciddi sosial, iqtisadi və ekoloji nəticələr yaratdığı vurğulanır.
"Ukraynanın bərpası həm dövlət, həm də özəl sektorların və investisiyaların cəlb edilməsini tələb edən son dərəcə vacib bir məsələdir. Ukrayna enerji təhlükəsizliyi və innovasiyalar sahəsində, xüsusilə də müasir və dayanıqlı enerji sisteminin yaradılmasında nümunə ola bilər. G7 birbaşa maliyyələşdirmə, kredit mexanizmləri, resursların uyğunlaşdırılması, həmçinin özəl sektorun uzunmüddətli investisiyaları üçün şəraitin yaradılması vasitəsilə Ukraynanın enerji sektorunun bərpasını dəstəkləməyə davam edir", - məlumatda qeyd olunub.
Bundan əlavə, G7-nin Rusiyaya qarşı enerji sanksiyalarına riayət etdiyi bildirilib.
Estoniya XİN başçısı: Türkiyə regionda sabitliyin yaranmasında çox əhəmiyyətli rol oynayır
İraqda internet oyunu vasitəsilə 30 nəfərin ölümünə səbəb olan gənc həbs edilib