01 noyabr 2025 15:09
124

Təbrizdə təlim təyyarəsi qəzaya uğrayıb

İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizin beynəlxalq hava limanında təlim təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq aerportun yan binalarından birinə çırpılıb.

“İki sahil” İSNA-ya istinadən xəbər verir ki, bu barədə Təbriz hava limanının ictimaiyyətlə əlaqələr departamentinin məsul şəxsi Hadi Nejati bildirib.

Onun sözlərinə görə, hadisə zamanı pilot xəsarət almayıb:

"Qəzanın dəqiq səbəbi hələ də məlum deyil və Mülki Aviasiya Təşkilatının ekspertləri bu məsələ ilə bağlı araşdırmaları davam etdirirlər".

H.Nejati "Şahin Bal Aseman" şirkətinə məxsus yüngül mühərrikli təyyarnin gövdəsinin isə ciddi zədələndiyini bildirib.