İtaliyanın Cənubi Tirol bölgəsində baş verən qar uçqunu nəticəsində beş alman alpinist həlak olub.
“İki sahil” “Spiegel” nəşrinə istinadla xəbər verir ki, yerli dağ-xilasetmə xidmətinin məlumatına görə, itkin düşənlərdən üç nəfərin - iki kişi və bir qadının cəsədləri artıq tapılaraq çıxarılıb.
Hadisə 3500 metr hündürlükdə yerləşən Vertain zirvəsi yaxınlığında baş verib. İki qrup halında hərəkət edən alpinistlərdən birinci qrupun üç üzvü tamamilə qar altında qalıb, ikinci qrupdan isə iki nəfər xilas ola bilib.
Axtarışlara helikopter, dronlar və xilasedicilərlə yanaşı, polis və yanğınsöndürmə xidməti də cəlb olunub.
Qeyd edək ki, Cənubi Tirol alman turistlər arasında ən çox sevilən dağ yürüşü bölgələrindən biridir.
Bessent: ABŞ Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir
Nigeriya Prezidenti ABŞ lideri ilə xristianların qətllərinin müzakirəsinə hazırdır