02 noyabr 2025 14:41
153

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.