02 noyabr 2025 15:23
172

Abşeronda yük maşını məhəccərlərə çırpılıb

Abşeron rayonunda yük maşını idarəetmədən çıxaraq məhəccərlərə çırpılıb.

Hadisə Bakı–Quba yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hadisənin səbəbləri araşdırılır.

"Report"