ABŞ iki il ərzində Çinin nadir yeraltı metallardan asılılığını aradan qaldırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent CNN-ə müsahibəsində bildirib.
"Növbəti bir-iki il ərzində sürətlə irəliləyəcəyik və Çinin başımız üzərində tutduğu qılıncdan yayınacağıq. Çinlə əlaqələri kəsmək istəmirik, amma riskləri azaltmalıyıq, çünki onlar bir çox sahədə etibarsız tərəfdaş olduqlarını sübut ediblər", - o deyib.
S.Bessentin sözlərinə görə, Vaşinqton bu məsələni həll etmək üçün Qərb ölkələri, həmçinin Hindistanla birləşmək niyyətindədir.
"Bütün Qərb demokratiyaları, Asiya demokratiyaları və Hindistan öz təchizat zəncirlərini yaratmağa çalışmaqda bizə qoşulacaqlar", - nazir bildirib.
Türkiyədə kibercinayətkarlara qarşı genişmiqyaslı əməliyyat: 539 nəfər saxlanılıb
“Novinky”: Çex Respublikasında dəmir yolu oğurluğu səbəbindən onlarla qatar dayandı