02 noyabr 2025 21:33
143

Talış kəndində ev yanıb

Şəmkir rayonunun Talış kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli, 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə, bitişik sahəsi 8 m² olan tikilinin yanar konstruksiyaları, yaxınlıqda sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları və ərazidə olan 2 ton ot bağlamasının 1 tonu yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.