03 noyabr 2025 00:05
169

Tramp: Çinin Tayvana qarşı heç bir tədbir görməyəcəyinə əminəm

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rəsmi Pekin Tayvana qarşı heç bir tədbir görmək niyyətində deyil, çünki Çin onun bunu cavabsız qoymayacağını başa düşür.

“İki sahil” xəbər verir ki, ABŞ lideri bunu "CBS News"a müsahibəsində deyib.

"Onlar hər hansı bir tədbir görsələr nə baş verəcəyini başa düşürlər. O (Çin Sədri Si Cinpin - red.) deyib və onun adamları görüşlərdə deyib: "Tramp Prezident olduğu müddətdə biz heç vaxt heç nə etməyəcəyik. Onlar bilirlər ki, bunun fəsadları nə olacaq", - Ağ Ev rəhbəri bildirib.

Müxbirin bu həftə Çin lideri ilə görüşü zamanı Tayvan məsələsinin qaldırılıb-qaldırılmadığı barədə sualına Tramp yox cavabını verib.