03 noyabr 2025 12:30
133

Ramiz Mehdiyevin həbs olunan köməkçisi ilə bağlı İLGİNC MƏLUMATLAR

Səbail Rayon Məhkəməsi AMEA Prezidenti katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

“İki sahil” Bakupost.az-a istinadla xəbər verir ki, bu, siyasi elmlər üzrə fəlsəfə doktoru olan Eldar Əmirovla bağlı ilk həbs qərarı deyil.

Belə ki, 2022-ci ildə Mehdiyev AMEA prezidentliyindən getdikdən bir gün sonra - fevralın 15-də də E.Əmirov Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılmışdı.

O zaman Yasamal rayon Məhkəməsi E.Əmirov barəsində 30 sutka həbs qərarı çıxarmışdı.

Onu da qeyd edək ki, E.Əmirov hələ Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu vaxtlarda onun köməkçisi vəzifəsində işləyirdi. Daha sonra sabıq PA rəhbəri 2019-cu ildə AMEA prezidenti təyin olundu və köməkçisini də özü ilə apardı. E.Əmirov Mehdiyev AMEA rəhbərliyindən gedənədək, AMEA Prezidenti katibliyinin rəisi vəzifəsində çalışırdı. Hətta o zaman mətbuatda gedən xəbərlərdə Ramiz Mehdiyevin işə çıxmadığı günlədə Eldar Əmirovun AMEA-ya de-fakto rəhbərlik etdiyi, öz yaxın dostalarını akademiyada vəzifəyə təyin etditdiyi, eləcə də bir sıra qanunsuzluqlara yol verdiyi qeyd olunurdu.

Qeyd edək ki, onun Ramiz Mehdiyevin həyat yoldaşının qohumu olduğu bildirilirdi. Lakin sonradan AMEA-nın mətbuat xidməti bunu təkzib etdi. Bildirildi ki Eldar Əmirovun əslən qarabağlıdır, Ağdam şəhərindəndir.