03 noyabr 2025 14:31
123

Ötən ay 7 min hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə oktyabr ayında 364 tank əleyhinə mina, 406 piyada əleyhinə mina, 12 298 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Məlumata əsasən, 7 022 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.