Azərbaycanda Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planının qəbulu gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planı da hazırlanıb və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra hökumətə təqdim edilib:
"Hazırda həmin planın qəbulunu gözləyirik. Bu sənəddə bir çox vacib istiqamətlər, o cümlədən yeni mexanizmlərin yaradılması, qanunvericilikdə bəzi dəyişikliklərin aparılması, qadın və kişilərin bərabər imkanlara və nəticələrə çıxışının təmin edilməsi nəzərdə tutulur. Biz istəyirik ki, həm hüquqlar, həm imkanlar, həm də məsuliyyətlər balanslı şəkildə həyata keçirilsin".
Dövlət Komitəsinin sədri həmçinin bildirib ki, artıq "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı" üzərində də iş gedir: "Yeni planda birinci sənəddə başlanılmış və nəticəsi gözlənilən işlər davam etdiriləcək".
B.Muradova eyni zamanda Ailə Konsepsiyası üzərində də iş aparıldığını söyləyib: "Bu da çox vacib bir sənəddir və ailə institutunun möhkəmləndirilməsində əsas istiqamətlərdən biri olacaq".
                                
                                    
                                    
                                
                                
                                
                                    Bakı metrosunda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılıb 
                                
                                
                                    
                                    
                                
                                
                                
                                    Zəfər Paradı ilə əlaqədar müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilir