04 noyabr 2025 16:50
194

Binəqədi rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada baş verən yanğın söndürülüb.

Bu barədə "İki sahil"ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada yanğın başlayıb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.