05 noyabr 2025 15:33
113

Milli Məclisin deputatı Səbinə Xasayeva seçicilərlə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi  rayonunun Xocəsən bələdiyyəsinin inzibatı binasında  seçicilərlə  görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Seçicilər onlara göstərilən  diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini  tapacağına əminliklərini bildiriblər.  

Görüşdə Binəqədi rayon icra hakimiyyəti  başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramiz Həsənzadə və Binəqədi rayon  Xocəsən  bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.