05 noyabr 2025 17:53
104

Abşeron rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb

Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki məmulatlarını talayaraq hadisə yerini tərk etdiyini bildirib. 

Daxili İşlər Nazirliyindən "İki sahil"ə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb. 

Araşdırma aparılır.