Prezidentin bu gün imzaladığı Sərəncamla Vaqif Qurbanova ölümündən 33 il sonra Milli Qəhrəman adı verilib.
“İki sahil” xəbər verir ki, baş leytenant Vaqif Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından (həmin vaxt MDB hərbi qüvvələrinə məxsus Sitalçayda yerləşən) “Su-25” təyyarəsini qaçırmaqla tarixə düşüb.
Həmin hadisə 1992-ci ilin 8 aprel tarixində baş verib.
Şuşanın işğalı günündən sonra Vaqif Qurbanov bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb və düşmən mövqelərinə çoxsaylı zərbələr endirib. Təyyarə elə həmin il iyunun 13-də Qarabağ səmasında - Ağdamın Şelli kəndi yaxınlığında ermənilər tərəfindən vurulub.
Lakin cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olduğu barədə ailəsinə xəbər verilib.
2015-ci ildə onun qızı Sevinc ordu sıralarında xidmətə başlayıb.
Belə ki, atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc 4 aylıq olub. İllər sonra Bakı Dövlət Universitetini bitirərən Sevinc atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub.
Qeyd edək ki, Vaqif Qurbanova qaçırdığı hərbi təyyarə ilə Qarabağ səmasında uğurlu uçuşlar etməkdə kömək edən texniki heyət də olub. Onların arasında Fuad Məmmədov, Akif Quliyev, Gülbudaq Bünyatov, Bəşir Əliyev, Elman Cəlilov, Tofiq Şalbuzovun adları çəkilir. Həmin şəxslərin bir neçəsi sonradan uzun illər ordu sıralarında xidmətə davam ediblər. (“Qafqazinfo”)
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib - FOTO