06 noyabr 2025 11:24
265

“Qəlbin 3 səhnəsi” adlı layihə həyata keçiriləcək

Noyabrın 29-da TOTEM PSİXOLOGİYA MƏRKƏZİNİN VƏ FIRST SHINE şirkətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində psixoloji sağlamlıq və şəxsi inkişaf baxımından önəmli bir layihə reallaşdırılacaq. 

Layihə çərçivəsində psixoloji travmalar teatr dili ilə səhnələşdirilir və hər bir tamaşadan sonra klinik psixoloq Lalə Həmidli tərəfindən mövzular elmi cəhətdən əsaslı şəkildə izah edilir, izləyicilərə həm anlama, həm də tətbiq etmə bacarıqları aşılanır.  
“Qəlbin 3 Səhnəsi” layihəsinin məqsədi valideynləri, gəncləri və psixoloji mövzulara həssaslığı olan şəxsləri düşündürmək, maarifləndirmək və emosional şəkildə oyatmaqdır.  

Valideyn olanlar üçün bu tədbir bir güzgü rolunu oynayacaq, övladları ilə münasibətlərində, tərbiyə prosesində bilmədən buraxdıqları yanlışlıqları dərk etməyə kömək edəcək. Valideyn travması yaşamış şəxslər üçün sözügedən layihə özlərini tanımaq və müəyyən psixoloji travmalardan qurtulmaq baxımından dəyərli bir fürsət olacaq. Həmin unikal tədbirə qatılmaqla siz həm emosional bir təcrübə yaşayacaq, həm də həyatınıza tətbiq edə biləcəyiniz elmi-psixoloji biliklərə yiyələnəcəksiniz.
Psixoloji teatr üç fərqli mövzudan ibarət olacaq:
1. Uşaqlıq travmaları: borderline şəxsiyyət tipi, itirmə qorxusu və asılılıq
2. Münasibətlər: narsist və psixopat həyat yoldaşı
3. Daxili gərginlik: depressiya, həyəcan-təşviş və obsessiv kompulsiv pozuntu
Bu layihədə valideyn və fərd olaraq üzləşəcəyimiz məqamlarda məqsəd cəmiyyətin psixoloji rifahına töhfə vermək, maarifləndirmə aparmaq və fərqli auditoriyalarda dərin emosional düşüncələrin yaranmasına səbəb olmaqdır.
Bilet əldə etmək üçün qeydiyyat linki
https://forms.gle/eatqyghU4ytGyaZT9