09 noyabr 2025 00:33
136

Zəfər bayramı - bütövlüyümüzün təntənəsi, xalqımızın qeyrətinin tərənnümüdür

8 noyabrda Bakı şəhəri Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi  çərçivəsində  "Xarıbülbüllü kəlağayım" adlı tədbir keçirildi. Tədbir Zəfərimizin 5 illiyinə və Zəfər Gününə həsr olunub. Tədbirdə "Kəlağayı Ev Muzeyi"nin eksponatlarına baxış keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.

Tədbirdə Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid bacısı Aybəniz Camalova, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini Nizami Gülzalı oğlu, QHT rəhbəri Mehriban Abdullayeva, KİV nümayəndələri, qazilər çıxış ediblər.  Vətənpərvərvərlik mövzusunda mahnılar oxunub, şeirlər səsləndirilib.

Polad Ağanın təqdimatında "Rüfət Əsgərovların cənnətdə görüşü" tamaşası təqdim olunub. "Kəlağayı Ev Muzeyi"ndən başlanan layihənin davamı Xətai Sənət Mərkəzində keçirilib. Davamı Gəncə, Qazax, Tovuz, Biləsuvar, Şəki, Astara, Sumqayıt və digər bölgələrimizdə keçiriləcək.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, "Kəlağayı Ev Muzeyi"nin direktoru, layihə rəhbəri  Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin rəhbərliyinə və  tədbir iştirakçılarına təşəkkürünü bildirib.