Bakıda avtoxuliqanlıq edərək videosunu "TikTok"da paylaşan sürücü həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "Tofaş" markalı, 10-ST-665 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.
T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.
Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.
Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib