Qubada kişi balta xəsarəti alıb.
Çartəpə kəndində 34 yaşlı Kamran Rüstəmov yaşadığı evdə balta xəsarətləri alıb.
K.Rüstəmov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Ona xəsarət yetirməkdə, qohumu 43 yaşlı G.Nəcəfova şübhəli bilinir.
Hadisənin torpaq sahəsi üstündə mübahisəyə görə, baş verdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Xəyal Talıbov "Report" un yerli bürosuna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib