Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
“İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib