Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin azyaşlı sakinlərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Konstitusiya Gününə həsr olunan yarışda 4 komanda iştirak edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda komandalar müxtəlif sahələri əhatə edən suallara çevik və yaradıcı cavablar verərək biliklərini nümayiş etdiriblər.
Yarışın yekun nəticələrinə əsasən, 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin “Ədalət zəfəri” komandası oyunun qalibi olub. 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin "Şahinlər” komandası ikinci, 1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin "Simurq" komandası isə üçüncü yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələr təqdim edilib.
Yarışdan sonra uşaqlar üçün əyləncəli proqram təşkil olunub.
Böyük perspektivlər vəd edən Azərbaycan-Vyetnam hərbi əməkdaşlığı sülh və təhlükəsizliyə xidmət edir
Səbail və Yasamal rayonlarının bəzi ərazilərində su təchizatında fasilə yaranacaq
Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib