Axşam saatlarında Zaqatalanın Mazıx kəndində avtomobildən kişi meyiti tapılıb.
75 yaşlı Muxax kənd sakini Murtuzəli Dadamayevin cansız bədəni idarə etdiyi QAZ-24 markalı avtomobildə tapılıb. Hadisə yerinin ilkin təhqiqi zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
AZƏRTAC
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli tətbiq ediləcək - FƏRMAN
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət edib