Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir.
Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərir.
500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edir. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir, gedişhaqqı 0,80 AZN müəyyən edilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzi şəhərsalma və memarlıq sahəsində gənclərin iştirakını genişləndirməyi hədəfləyir
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatala rayonunda vətəndaşlarla görüşüb