Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb.
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək