Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Pekin şəhərində keçirilən Ümumdünya Çin Dili Konqresində Anhui Universitetinin Universitet şurasının sədri Yu Baotao ilə görüşüb.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən “İki sahil”ə verilən məlumata görə, görüşdə BDU-nun son illər müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verilib, Çin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Xüsusilə BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramına dair üçtərəfli müqavilənin Çin və Azərbaycan arasında təhsil mübadiləsinin təşviqinə, BDU-Anhui Universiteti əməkdaşlığının daha da gücləndirilməsinə töhfə verdiyi bildirilib.
Görüş zamanı Çin dili və ədəbiyyatı ilə yanaşı, digər sahələrdə də qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Nümayəndə heyəti eləcə də Çin Təhsil Nazirliyinin və konqresdə təmsil olunan universitetlərin əməkdaşları ilə müzakirələr aparıblar.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyətini dayandırıb - VİDEO
“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu