Qanlı cinayət hadisəsi rayonun Calud kəndindəki fermada baş verib.
“İki sahil” xəbər verir ki, Oğuz rayonunda 47 yaşlı Zahirə Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Hadisəni törətməkdə onun oğlu - 15 yaşlı O. Q. şübhəli bilinir. İlkin araşdırmalarla şübhəli şəxs elə mərhumun oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Yaxınların sözlərinə görə, bu vaxta qədər ailədə hər hansı bir mübahisəyə şahidlik etməyiblər. Bu hadisə onlarda da şok effekti yaradıb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində ilkin təhqiqat və müayinələr aparıblar.
Faktla bağlı araşdırma aparılır.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyətini dayandırıb - VİDEO
“KamAZ” hədiyyə edilən balaca Ayazın atası: Doğma yurda qayıdış bizim üçün çox əlamətdar oldu