Yasamal rayonu Mirəli Qasımov 19 A ünvanında saat 19: 30 radələrində FHN-nin 112 qaynar xəttinə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Dövlət Yanğından Mühafizəetmə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsaqov deyib.
"Məlumat əsasında FHN-nin Dövlət Yanğından Xilasetmə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Bakı Regional Mərkəzi hadisə yerinə cəlb olunmuşdur. Yanğın hazırda tam söndürülüb. İnsanlar təxliyə edilib, mənzillər mühafizə olunub", - o bildirib.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib