28 noyabr 2025 11:26
239

Cari ilin 6 ayı ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi daxil olub

2025-ci ilin son 6 ayı (mart-oktyabr) ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi daxil olub.

“İki sahil” xəbər verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli həmin quruma təşkil olunan mediatur zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ilin ilk 6 ay ərzində hava nəqliyyatı ilə ölkəyə 12 322 təyyarə reysi ilə 1 milyon 658 min 738 sərnişin daxil olub:

"Bu dövr ərzində, daşınan baqajın həcmi isə 1 milyon 305 min 239 ədəd təşkil edib. Eyni müddət ərzində ölkədən 12 331 təyyarə reysi ilə 1 milyon 597 min 9 sərnişin yola salınıb, daşınan baqajın sayı isə 1 milyon 177 min 893 ədəd olub".