Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidir.
“İki sahil” "Eutoday"ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik", - "Eutoday" H.Hacıyevin sözlərini sitat gətirir.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir.
"Eutoday" qeyd edir ki, prezident köməkçisinin sözlərinə görə, Şərqlə Qərb, eləcə də Şimal və Cənub arasında əlaqələr genişləndikcə Ermənistan "dalana dirənmiş ölkə"dən tranzit dövlətə çevrilə bilər.
Hikmət Hacıyev: Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirəcək
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM