Son 200 ildə Ermənistan ərazisindən mərhələlərlə qovulan milyonlarla insanı və onların varislərini birləşdirən ictimai təşkilatıq. İcmanın fəaliyyətinin əsas xəttini həmin insanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmədir.
“İki sahil” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov "Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. O bildirib ki, bu, həm insan hüquqlarına, həm də beynəlxalq hüquqa əsaslanan haqlarının bərpasıdır. Buna görə də biz fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik.
Haaqada Azərbaycan - Niderland tərəfdaşlığının dərinləşdirilməsi barədə qarşılıqlı maraq təsdiq olunub
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır