13 dekabr 2025 12:08
141

Hamamda yıxılan qadın xəstəxanada ölüb

Şirvan şəhərində noyabrın 27-də hamamda yıxılan qadın dekabrın 12-də xəstəxanada ölüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin L.İbrahimov küçəsindəki evdə baş verib. Belə ki, 1958-ci il təvəllüdlü Xuraman Nəsir qızı Səfərova hamam otağında yıxılandan sonra xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və qadın ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.