14 dekabr 2025 18:59
177

Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev San-Fransiskoda ABŞ-nin Silikon vadisində yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş zamanı startapçıların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.