15 dekabr 2025 00:48
198

Qusarda yol qəzasına düşənlər Şair Ramaldanovun qardaşının ailə üzvləridir

Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir.

“İki sahil” xəbər verir ki, bu barədə Hərbi ekspert Üzeyir Cəfərov bildirib. O bildirib ki, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.

Hadisə zamanı ailənin daha 4 üzvü müxtəlif xəsarətlər alıblar.