"34 il sonra doğma torpağa qayıtmaqdan gözəl hiss ola bilməz".
“İki sahil” xəbər verir ki, bunu bu gün Xocavəndin Sos kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Nəcəfov İbrahim deyib. O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır:
"Bizə qürur və sevinc dolu günləri yaşatdığı üçün Ali Baş Komandanımız İlham Əliyevə Allahdan can sağlığı diləyirik. Qazilərimizə Allahdan möhkəm can sağlığı arzulayırıq. Şəhidlərimizə Allah rəhmət eləsin onların fədakarlığı sayəsində bu günüləri gördük".
IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib - FOTO