Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz artan vergilər səbəbindən "Marsh Inn" pabının sahibi tərəfindən qara siyahıya salınıb və artıq sevimli pablarından birinə baş çəkə bilməyəcək.
“İki sahil” xəbər verir ki, pabın sahibi Martin Nouls yalnız Rivzə deyil, həm də bütün Leyborist Partiyasının millət vəkillərinə giriş qadağan edib. O, müəssisənin müştərilərinin bu qərarı məmnuniyyətlə qarşıladığını bildirib.
Qeyd olunur ki, Reyçel Rivz məhz bu pabda 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə Leyboristlərin qələbəsini qeyd etmişdi. Nouls nazirin yalnız vergilər azaldıldıqdan sonra pabı ziyarət edə biləcəyini vurğulayıb. Əvvəlki həftə televiziya aparıcısı Ceremi Karkson da vergi artımlarına etiraz olaraq bütün Leyborist millət vəkillərini öz pabına buraxmayıb və hökumətin büdcəsindən narazı olan pab sahiblərinin təşkil etdiyi "Leyborist millət vəkillərinə yox" kampaniyasına qoşulub.