İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı Livanın cənubundakı Yater yaşayış məntəqəsinə hücum edib, nəticədə radikal "Hizbullah" təşkilatının iki üzvü həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə "Janoubia" portalı məlumat yayıb. Məlumata görə, öldürülən döyüşçülərdən biri pilotsuz uçuş aparatının raket atdığı avtomobili, digəri isə motosikleti idarə edirdi. İsrail ordusunun nümayəndəsi Avixay Edri isə "X" sosial şəbəkəsində ərəb dilində yaydığı açıqlamada hava hücumunun məqsədinin "Radvan" adlı diversiya xüsusi bölməsinin üzvlərinin zərərsizləşdirilməsi olduğunu bildirib.