21 dekabr 2025 21:24
106

Cənubi Afrikada silahlıların hücumu nəticəsində 10 nəfər qətlə yetirilib

Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında yerləşən bir bara silahlıların hücumu nəticəsində 10 nəfər qətlə yetirilib, 10 şəxs isə yaralanıb.

“İki sahil” xəbər verir ki, cinayətin motivləri hələ məlum deyil. Hadisə Cənubi Afrikanın iqtisadi paytaxtı olan Yohannesburqdan 40 kilometr məsafədə Bekiersdal qəsəbəsində baş verib. Polisin məlumatına görə, təxminən 12 şübhəli şəxs sedan avtomobilləri ilə hərəkət edərək barın müştərilərinə atəş açıb və hadisə yerindən qaçıblar.

Cənubi Afrika mütəşəkkil cinayət və korrupsiya ilə mübarizə aparır. Dekabrın 6-da silahlı şəxslər Pretoria şəhərində bir evə basqın edib və üç yaşlı bir uşaq da daxil olmaqla 11 nəfəri qətlə yetiriblər.