22 dekabr 2025 08:41
63

Orban: Danışıqlara ehtiyac var

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məqsədinə çatmadığını, əksinə Avropaya ciddi zərbə vurduğunu bildirib.

“İki sahil” xəbər verir ki, hökümət başçısı bu barədə X hesabında yazıb.

“Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd edirdi. Bunun əvəzinə onlar Avropanı məhv etdi. Enerji qiymətləri kəskin artdı, rəqabətqabiliyyətlilik zəiflədi və Avropa geri qalmağa başladı”, – Orban qeyd edib. Baş nazir vurğulayıb ki, bu, yanlış qərarların nəticəsidir və mövcud vəziyyətdə eskalasiyaya deyil, danışıqlara ehtiyac var.